Reklam verin!

Eçmiədzin kilsəsi Şeyxə qarşı

QMİ sədrinin bəyanatı kilsənin xoşuna gəlməyib

Erməni Apostol kilsəsini bolşeviklərlə əməkdaşlıq edərək Azərbaycanda milli birliyi pozmaq istiqamətində fəaliyyətdə günahlandıran Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bəyanatı Eçmiədzin kilsəsinin narazılığına səbəb olub. Kilsənin dəftərxanasından QMİ sədrinin bəyanatına münasibət bildirərək SSRİ dönəmində Ermənistanda da kilsələrin dağıdıldığı vurğulayıb. Eçmiədzin kilsəsi bütün Qafqazın şeyxini hətta iki ölkə arasında münasibətləri yoluna qoymaq istiqamətində kilsənin fəaliyyətinə mane olmaqda ittiham edib.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 90

BRİLLİANT DADAŞOVA VƏ NİSƏ QASIMOVA FAİQ AĞAYEVƏ QARŞI

Onlar «cənab qızıl şlyager»in efirə çıxmasını hər vəchlə əngəlləyirlər

Şou-biznes nümayəndələri zaman-zaman bəzi hərəkətləri ilə yerli telekanalların gözündən düşürlər. Dırnaq arasında qeyd etməliyik ki, bu kimi hallar daha çox özəl telekanallarda baş verir.

Yəni hansısa müğənni kanal rəhbərliyinin sözünü yerə salıb məclisində oxumasa, həmin andan telekanalın qapıları onun üzünə bağlanır. Bu cür hallara rast gələn müğənnilər isə heç də pəjmürdə olmurlar. «Puluna minnət» deyib, üz tuturlar digər özəl telekanallara. Sözümüzün canı odur ki, artıq 20 ildir sənət aləmində «at oynadan» «cənab qızıl şlyager» titullu, əməkdar artist fəxri adlı müğənnimiz Faiq Ağayevin üzünə bütün özəl telekanallar bağlanıb.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 99

"XƏZƏR-LƏNKƏRAN"DA BÖYÜK İTKİ

Junior Osvadlo iki həftəliyə sıradan çıxıb

Azərbaycanı UEFA kubokunda təmsil edəcək «Xəzər-Lənkəran» futbol klubu ciddi itki ilə üzləşib. Bu barədə Trend News-a çərşənbə günü klubun mətbuat xidməti məlumat verib.

Komandanın Braziliyadan olan futbolçusu Junior Osvadlo dünən keçirilən məşqdə zədələnib və iki həftəliyə sıradan çıxıb. O, «Xəzər-Lənkəran»ın UEFA kuboku çərçivəsində iyulun 17-də Bakıda Polşanın «Lex» komandası ilə görüşündə iştirak edə bilməyəcək.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 86

QUBADAKI KÜTLƏVİ MƏZARLIQDA İŞLƏR DAYANDIRILDI

Ekspedisiyanın rəhbəri sərt danışıb

“Bir daha təkrar edirəm ki, Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar məhz maliyyə vəsaitinin yoxluğundan dayandırılıb. Ürək ağrısı ilə deyirəm ki, mətbuatımızın, institutumuzun və yerli İcra Hakimiyyətinin fədakarlığı olmasaydı, bu məzarlıqdan heç əsər-əlamət qalmayacaqdı. Milli Məclisin sədri başda olmaqla, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri məzarlığı ziyarət ediblər. Amma bu tədqiqatların davam etməsi üçün tələb olunan cüzi vəsait tapılmır ki, tapılmır. Artıq məndə belə fikir yaranıb ki, kimlərsə qəsdən bu faktların üstünün açılmasına maneçilik törədirlər”.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 80

ORTA ŞƏRQDƏN YA TALİBANLAR, YA ATATÜRKLƏR ÇIXIR»

Fransa prezidenti  Nikola Sarkozi QALMAQAL yaradacaq fikir söyləyib

Fransa prezidenti  Nikola Sarkozi partiyasından seçilən deputatlarla söhbəti zamanı, özünə Suriya Dövlət Başçısı Bəşir Əsədı nəzərdə tutaraq verilən  «Orta şərqli diktatorları niyə Parisə dəvət edirsiz?» sualına "Nə edək. Orta şərqdən ya Talibanlar ya Atatürklər çıxır" deyə cavab verib.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 124

İLHAM ƏLİYEVƏ DƏSTƏK VERƏNLƏRİN SAYI 10 MİNƏ ÇATDI

“İRƏLİ”nin aksiyası davam edir

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə başlanan “İlhamla İRƏLİ” aksiyası günbəgün öz əhatə dairəsini genişləndirməkdədir. Bu barədə məlumat "Bizim söz"ə hərəkatdan daxil olub.

Xəbərə görə, artıq Aksiyaya qoşulanların sayı 10 000 nəfəri keçmişdir. Azərbaycanda öz fərqliliyi ilə keçirilən bu Aksiya ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin getdikcə daha da yüksək templə müşahidə olunan inkişafına bir nömrəli vətəndaş dəstəyidir.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 77

ERMƏNİ TERRORU: GƏLƏCƏYİMİZƏ QARŞI QƏSD

Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə «Erməni terroru: gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı ermənilərin Azərbaycana qarşı hücumları zamanı yüzlərlə uşaq və gənclərin qətlə yetirildiyini, ermənilərin əsas hədəfinin daima ölkəmizin genefondunu məhv etmək olduğunu diqqətə çatdırdı. Bu məsələdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayət əməllərindən danışan sədr, Köçəryanın beynəlxlaq səviyyədə uşaqların düşməni kimi tanınmasının vacibliyini vurğuladı: «Köçəryan təkcə azəri uşaqlarının deyil, bütün dünya uşaqlarının düşmənidir. Bu gün erməni cəmiyyətinin özü onu Haaqa məkhkəməsinə verir. Biz bundan istifadə etməliyik. Amma çox təəsüf ki, həmişəki kimi beynəlxalq birlik yenə də ölkəmizə qarşı ikili standartlardan istifadə edir. Belə hallara son qoyulmalıdır».

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 77

TƏHMASİB NOVRUZOV YENƏ DANIŞDI

«Əli Kərimli Qərbin oyuncağıdır»

Müxalifətdə təmsil olunan bəzi qüvvələrin dövlətçiliyə qarşı apardığı çirkin siyasət Azadlıq Hərəkatçıları Birliyinin tənqidinə tuş gəlib. Qurumun sədri Təhməsib Novruzov Əli Kərimlinin təşkil etdiyi yersiz oyunlardan təngə gəldiklərini və onlara ruporluq edən «Azadlıq» qəzetinin təsisçilərinin dəyişməsinin vacibliyini deyib. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilovun bıçaqlanması olayı və bunda birbaşa Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin rolu olması barədə Qərb mətbuatındakı informasiyalar təbii qarşılanmalıdır. Azadlıq Hərəkatçıları Birliynin sədri Təhmasib Novruzov belə deyir.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 79

ABŞ 1 MİLYON ADAMDAN ŞÜBHƏLƏNİR

Terrorçuların yeni siyahısında tanınmış ABŞ siyasətçilərinin adı da var

ABŞ terrorçuların yeni siyahısını tərtib edib. Siyahıda terror şübhəlisi qismində 1 milyondan çox adamın adı yer alıb.

ABŞ-ın Terrorla Mübarizə Mərkəzinin məlumat bankında 2007-ci ilin Sentyabr ayında 700 mindən çox terrorçunun adı olduğu halda, bu ədədin ayda orta hesabla 20 min artdığı barədə məlumatlar var. Terrorla Mübarizə Mərkəzinin məlumatında deyilir ki,  Son artımlarla birlikdə, siyahıda bu an 1 milyondan çox ad var.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 86

SEYMUR HƏZİYEV HAQQINDA DEYİLƏNLƏRƏ CAVAB VERDİ

AXCP Gənclər Komitəsinin sədri "Azadlıq"a açıqlama verib

AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyevə qarşı təxribat baş verib. Seymur Həzinin elektron ünvanından deputat Rəbiyyət Aslanovanın oğlu, Prezident Aparatında şöbə müdiri işləyən Elnur Aslanovun elektron poçt ünvanına məktub göndərilib. Seymur Həziyevin “məktubunda” Elnur Aslanova AXCP daxilində baş verənlər barədə məlumat verilir. Gənclər Komitəsinin sədrinin adından yollanan həmin məktubu versiya.az saytı “aşkar edib”. Saytın yazdığına görə, məktubu iyulun 14-də Əbülfəz adlı şəxs onların elektron poçt ünvanına yollayıb.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 104


« Əvvəlki səhifə   Yazılar cəmi: 250    Sonrakı səhifə »