Xaqani Emin: “Arif İsgəndərov cəzalandırılmalıdır”
Türk Millətçi Partiyası (TMP) başqan əvəzi Xaqani Emin Lənkəran Dövlət Universitetinin rektoru Arif İskəndərovun “Talışlar və Kadusilər” kitabının dövlətin müvafiq qurumları tərəfindən təcili araşdırılmasına ehtiyac olduğunu bildirən bəyanatla çıxış edib. Partiyanın rəsmisi "Bizim söz"ə bunları deyib : “Bu kitab tarixi faktların təhrifi üzərində yazılıb və Azərbaycan türkünə düşmən münasibətin təzahürüdür.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 75
Seçkilərdən sonra haqqında şikayətlər çoxalan rayon rəhbərləri cəzalandırılacaq
«Bizim söz»ə etibarlı mənbələrdən maraqlı informasiya daxil olub. Xəbərdə bir neçə icra başçısının seçkilərdən dərhal sonra vəzifəsindən uzaqlaşdırılacağı qeyd olunur. Məlumata görə, haqqında yerli sakinlər tərəfindən şikayətlər çoxalan, eyni zamanda hakimiyyətdə dayaqları sarsılan Astara, Ağstafa, Biləsuvar və Masallı rayonlarının icra başçıları cəzalandırılacaqlar. Hətta onların seçkilərdən sonra vəzifələrindən gedəcəkləri barədə məlumat, rayon rəhbərlərinin özlərinə də çatdırılıb. Başçıların qarşısında son olaraq, prezident seçkiləridən hər hansı səhv etməmək tapşırıqı qoyulub. Əks halda onlara daha ağır cəzaya məruz qalacaqları haqda xəbərdarlıq edilib.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 75
QMİ sədrinin bəyanatı kilsənin xoşuna gəlməyib
Erməni Apostol kilsəsini bolşeviklərlə əməkdaşlıq edərək Azərbaycanda milli birliyi pozmaq istiqamətində fəaliyyətdə günahlandıran Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bəyanatı Eçmiədzin kilsəsinin narazılığına səbəb olub. Kilsənin dəftərxanasından QMİ sədrinin bəyanatına münasibət bildirərək SSRİ dönəmində Ermənistanda da kilsələrin dağıdıldığı vurğulayıb. Eçmiədzin kilsəsi bütün Qafqazın şeyxini hətta iki ölkə arasında münasibətləri yoluna qoymaq istiqamətində kilsənin fəaliyyətinə mane olmaqda ittiham edib.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 90
Fransa prezidenti Nikola Sarkozi QALMAQAL yaradacaq fikir söyləyib
Fransa prezidenti Nikola Sarkozi partiyasından seçilən deputatlarla söhbəti zamanı, özünə Suriya Dövlət Başçısı Bəşir Əsədı nəzərdə tutaraq verilən «Orta şərqli diktatorları niyə Parisə dəvət edirsiz?» sualına "Nə edək. Orta şərqdən ya Talibanlar ya Atatürklər çıxır" deyə cavab verib.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 125
“İRƏLİ”nin aksiyası davam edir
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının təşəbbüsü ilə başlanan “İlhamla İRƏLİ” aksiyası günbəgün öz əhatə dairəsini genişləndirməkdədir. Bu barədə məlumat "Bizim söz"ə hərəkatdan daxil olub.
Xəbərə görə, artıq Aksiyaya qoşulanların sayı 10 000 nəfəri keçmişdir. Azərbaycanda öz fərqliliyi ilə keçirilən bu Aksiya ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin getdikcə daha da yüksək templə müşahidə olunan inkişafına bir nömrəli vətəndaş dəstəyidir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 77
«Əli Kərimli Qərbin oyuncağıdır»
Müxalifətdə təmsil olunan bəzi qüvvələrin dövlətçiliyə qarşı apardığı çirkin siyasət Azadlıq Hərəkatçıları Birliyinin tənqidinə tuş gəlib. Qurumun sədri Təhməsib Novruzov Əli Kərimlinin təşkil etdiyi yersiz oyunlardan təngə gəldiklərini və onlara ruporluq edən «Azadlıq» qəzetinin təsisçilərinin dəyişməsinin vacibliyini deyib. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilovun bıçaqlanması olayı və bunda birbaşa Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin rolu olması barədə Qərb mətbuatındakı informasiyalar təbii qarşılanmalıdır. Azadlıq Hərəkatçıları Birliynin sədri Təhmasib Novruzov belə deyir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 80
DAK həmsədri Firidun Pərviznia İsveçdə səfərdədir. Bu barədə məlumat "Bizim söz"ə konqresdən daxil olub. Xəbərə görə, bunda məqsəd İsveçin rəsmi dövlət orqanlarını, hökumət nümayəndələrini, parlamentin üzvlərini və yerli ictimaiyyəti Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırmaqdır. Artıq DAK həmsədrinin görüşləri başlamışdır. Firidun Pərviznia ilk öncə İsveç Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirmişdir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 42
AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyevin Prezident Aparatının şöbə müdiri Elnur Aslanova yazdığı məxfi məktub aşkar olundu
Azərbaycanda müxalifət partiyalarının sayı həddindən artıq çoxdur. Onlrın bəziləri əsl müxalifət, digərləri isə hakimiyyət tərəfindən sadəcə görüntü yaratmaq üçün yaradılmış “müxalifət” partiyalarıdır. Ancaq elə müxalifət partiyaları da var ki, hakimiyyət onun sıralarına öz etibar elədiyi adamları, xalqın dilində desək, “agentlərini” salır. Uzun illərdir ki, müxalifətin ciddi uğur qazana bilməməsinin də səbəbi həm bu agentlərin peşəkarcasına fəaliyyət göstərmələri, həm də müxalifətçilər arasında “…filankəs filan yerin adamıdır, ora məlumat ötürür…” kimi xoflu fikirlərin yayılmasıdır. İndiyə kimi bir çox mətbuat səhifələrində hansısa müxalifət nümayəndəsinin hakimiyyətə, konkret dövlət qurumuna xidmət göstərməsi haqqında məlumatlara rast gəlmişik. Lakin bunların heç bir sübut-dəlili olmamış və bütün bu söz-söhbətlər sadəcə şayiə olaraq da qalmışdır.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 90
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırıb
Avropa Şurası Azərbaycan müxalifətini prezident seçkilərində iştiraka çağırıb. “Bütün dünyada siyasi oyun qaydaları var, hər bir siyasi qüvvə seçki prosesində mütləq iştirak etməlidir”, çərşənbə axşamı Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio jurnalistlərə bildirib.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 47
Mövcud iqtidardan kimlərə vəzifə təklif edər?
Müxalifətin «kölgə kabineti» formalaşdırması və hakimiyyətə gələrsə mövcud iqtidardan bu kabinetin tərkibində bir neçə məmurun olduğu barədə məlumatlar daima mətbuatın gündəmində olub. «Əgər müxalifət iqtidara gələrsə, hakimiyyətdən kimə vəzifə təklif edər» kimi sullar elə adi oxcunun da marağındadır.
Elə bu səbəbdəndir ki, «Bizim söz» tanınmış müxalifət funksionerlərindən biri ilə söhbət edib, onun bu mövzu ilə ilə bağlı mövqeyini öyrənib. Müxalifətin adının çəkilməsini istəməyən tanınmış nümayəndəsi qəzetimizin əməkdaşına maraqlı isimlər deyib.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 49