Reklam verin!

BRİLLİANT DADAŞOVA VƏ NİSƏ QASIMOVA FAİQ AĞAYEVƏ QARŞI

Onlar «cənab qızıl şlyager»in efirə çıxmasını hər vəchlə əngəlləyirlər

Şou-biznes nümayəndələri zaman-zaman bəzi hərəkətləri ilə yerli telekanalların gözündən düşürlər. Dırnaq arasında qeyd etməliyik ki, bu kimi hallar daha çox özəl telekanallarda baş verir.

Yəni hansısa müğənni kanal rəhbərliyinin sözünü yerə salıb məclisində oxumasa, həmin andan telekanalın qapıları onun üzünə bağlanır. Bu cür hallara rast gələn müğənnilər isə heç də pəjmürdə olmurlar. «Puluna minnət» deyib, üz tuturlar digər özəl telekanallara. Sözümüzün canı odur ki, artıq 20 ildir sənət aləmində «at oynadan» «cənab qızıl şlyager» titullu, əməkdar artist fəxri adlı müğənnimiz Faiq Ağayevin üzünə bütün özəl telekanallar bağlanıb.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 99

RƏQSANƏNİN YALANLARI AÇILIR

Rəqsanənin üzərində əməliyyat aparan həkim danışdı

 “Müğənni Rəqsanə məhz bizim xəstəxanada, özü də yalnız bir qız övladı dünyaya gətirib. Uşaq qeysəriyyə kəsiyi əməliyyatı ilə olub”.

Bunu Lent.az-ın müxbirinə Hacı Qasımov adına 1 saylı Doğum Evi 6 saylı Qadın Məsləhətxanasının tibb bacıları deyiblər. Portalın əməkdaşı xəstəxanada olub və Rəqsanənin üzərində qeysəriyə kəsiyi əməliyyatını aparmış həkim Aygün Budaqova ilə görüşüb. 6 saylı Qadın Məsləhətxanasının müdiri olan A.Budaqova Rəqsanənin həqiqətən də hamiləlik dövründə bu xəstəxanada bir neçə dəfə məhz onun qəbulunda olduğunu açıqlayıb:

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 49

Hüseyn Dərya avtomobil qəzasına düşüb

Repçinin həyat yoldaşı Sona Muradova: «O, nə acından ölmür, nə də küçələrdə yatmır»

Rep ifaçısı Hüseyn Dəryanın həyatı ilə bağlı gəzən söz-sözhbətlər səngimək bilmir. Hətta bir müddət öncə onun ölüm xəbəri yayıldı. H.Dəryanın həyat yoldaşı Sona Muradova qəzetimizə açıqlamasında söylədi ki, doğrudan da, bu günlərdə repçinin başına xoşagəlməz olay gəlib. Ciddi həkim nəzarətinə alınan H.Dərya düz bir ay müalicə olunub: «Ona möhkəm soyuq olmuşdu, durmadan öskürürdü. Müalicə aldıqdan sonra özünə gəldi. Onun xəstələnməsinə aylardır evimizdə gedən təmir işləri səbəb oldu». Söhbət əsnasında məlum oldu ki, H.Dərya həm də bir ay öncə avtomobil qəzasına uğrayıb. Yüngül bədən xəsarəti alan repçinin durumu indi xeyli yaxşılaşıb. Bu arada deyək ki, Hüseyn Dərya təzə mahnılarla yanaşı, kitab da yazıb: «Həmin kitabda Hüseynin fanatları ilə bağlı görüşləri, onların ürək sözləri və mahnılarından parçalar yer alıb. Amma bu kitab satışda yoxdur, çünki o, özü istəmir».

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 48

ŞOK!Rəqsanənin Bakıda dünyaya gətirdiyi qızının atası bilindi!

Müğəninin əkiz qızlarından biri öldü

Müğənninin əkiz qız dünyaya gətirməsi barədə xəbərlər yalan imiş Müğənni Rəqsanənin qız övladı dünyaya gətirməsinin təfərrüatları bəlli olub. Lent.az-ın apardığı araşdırmalar zamanı özəl qaynaqlar portala şok effekti yaradan açıqlamalar veriblər.

Məlum olub ki, Rəqsanə ötən dövr ərzində hamiləliyi və uşağının dünyaya gətirildiyi yer barədə cəmiyyətə yanlış informasiyalar verib.

Ondan başlayaq ki, Rəqsanənin iki deyil, bir övladı olub. O, övladını Yağmur adlandırıb. Lent.az-ın araşdırmaları zamanı uşağın atasının kimliyi də bəli olub. Yağmurun atası Moskvada Çerkiz bazarının yaxınlığında fəaliyyət göstərən “Kür” restoranının sahibi olan azərbaycanlı iş adamıdır. Rəqsanə həmin restoranda illər öncə işləyib.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 60

Elariz Məmmədoğlu erməni mahnısı oxuyub

Hər zaman qeylü-qaldan uzaq olan Elariz Məmədoğlu haqda təzə xəbər əldə etmişik. Sən demə, müğənni repertuarına erməni mahnısı daxil edib.

Əslində, bu olay ictiamiyyət üçün gözlənilməzdir. Çünki hər zaman bizim mahnılar məhz türk, yunan, daha çox isə ermənilər tərəfindən mənimsənilir. Bu dəfə isə əksinə olub. Elariz Məmədoğlu erməni müğənnisi Baris Davityanın (Boka) «Sən mənim üçün» mahnısını öz adına çıxıb. O, mahnının sözlərini dəyişərək adını «O, gələndə» qoyub.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 52

Teymur Əmrah müğənni qızı dişləyib və döyüb

Sənətçi xanımın şikayəti əsasında polis araşdırmaya başlayıb

Müğənni Teymur Əmrah “Canaqqala” restoranında birlikdə çalışdığı gənc müğənni Mehriban İsayevanı döyüb. Bunu Lent.az-a M.İsayeva bildirib.

Onun sözlərinə görə, T.Əmrah bu restoranda işləyən müğənnilərlə yola getmir: “Başa düşə bilmirəm, onun buna nə haqqı var? Bədii rəhbər deyil, müdir deyil. Hər gün saat 7-dən 9-a kimi gəlib oxuyur. O qədər təhqirlər edir ki, bütün uşaqlar ondan bezib. Mənimlə dalaşmağına səbəb isə işə bir az gecikməyim oldu. Məndən işə gecikməyimin səbəbini soruşdu.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 46

İLHAMƏ QULİYEVA QƏZETLƏRİ HƏDƏLƏDİ

MTN-nin İstintaq Təcridxanasında saxlanılan xalq aritsti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vəziyyətinin ağır olduğu bildirilir. Yerli mətbuatın yazdığına görə, narkotika istifadəçisi olan O.Nadirovun vəziyyəti ağırlaşıb və onun krizis keçirdiyi deyilir. TrendLife-a açıqlama verən müğənninin mətbuat katibi Faiq Ələkbərli yazılanlardan İlhamə xanımın xəbərdar olduğunu və bu barədə ölçü götürüldüyünü bildirdi: «Düzgün informasiya yazmayan qəzetlərin siyahı toplanıb və İlhamə xanım onları məhkəməyə verməyə hazırlaşır. Artıq bu işlə vəkilimiz məşğul olur».

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 46

Adı lazım deyil, baş hərfi...

Şou-biznesimizin tanınmış simalarının gerçək adları necədir?

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan şou-biznesinin nümayəndələri də ad və soyad əvəzinə istifadə etdikləri ləqəblə tanınmağa üstünlük verirlər. APA adlarını dəyişdirmiş şou-biznes nümayəndələrinin gerçək adları ilə bağlı araşdırma aparıb.

Araşdırma zamanı bir çox tanınmış müğənnilərin ad-soyadlarını müxtəlif formada dəyişdirdiyi üzə çıxıb. Bunun müxtəlif səbəbləri mövcuddur. Səbəblərdən biri müğənninin öz keçmişini gizlətmək üçün bu vasitədən istifadə etməsi, digər səbəbi isə yerli müğənnilərin dünya ulduzlarının yolu ilə getməsidir. Yəni bizim “ulduz”lar adlarını və ya soyadlarını dəyişdiməklə özlərinin dünya şou-biznesinə daha yaxın hiss edirlər. APA-nın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan şou-biznesində öndə gedən sənətçilərin əksəriyyəti başqa adla tanınırlar.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 74

«EFİRDƏ ƏXLAQSIZ HƏRƏKƏTLƏR EDƏN MÜĞƏNNİLƏRİN MƏNƏVİYYAT VƏ PEŞƏKARLIQ PROBLEMİ VAR»

Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili  Nizami Cəfərovun «Bizim söz»ə ekskluziv açıqlaması

Son zamanlar şou-biznes aləmində baş verənlər, estrda ulduzlarının efirdən bir-birinə qarşı təhqir və təhdid səsləndirməsi adi hal alıb. Bununla yanaşı, bu günlərdə mətbuatın gündəmini zəbt etmiş Tolik-Xuraman Şuşalı olayı da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bütün baş verənlərə aydınlıq gətirmək üçün Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Nizami Cəfərova müraciət etdik.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 65

ŞOU-BİZNES ƏHLİ HAQQINDA ŞOK MƏLUMATLAR

Yerli şou-biznesdə əksər müğənnilər bir-biri ilə sevişir

Hər il dünyanın bir çox ölkələrində 14 fevral Sevgililər Günü kimi qeyd edilir. «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı artıq bir neçə ildir ki, 30 iyunun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunmasını təklif edib. Onun bu təşəbbüsü ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 104


  Yazılar cəmi: 21    Sonrakı səhifə »