Reklam verin!

«Polis pullarımı oğurlayanları axtarmır»

Elçin Behbudov: «Mənə apardığım araşdırmalara görə qəsd edə bilərlər»

Dünən «Yeni Müsavat» qəzeti hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun maşınından 50 min manat pul aparılması barədə məlumat yayıb.

Xəbərdə bildirilir ki, E.Behbudov hadisədən şok keçirərək ağır vəziyyətə düşüb. Qəzet hadisəni təsvir edərək, maşının şüşəsinin sındırıldığını, gizli yerdən 50 min manat pulun götürüldüyünü yazmaqla yanaşı, oğruların kifayət qədər məlumatlı olduğunu qeyd edib.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 87

SEYMUR HƏZİYEV HAQQINDA DEYİLƏNLƏRƏ CAVAB VERDİ

AXCP Gənclər Komitəsinin sədri "Azadlıq"a açıqlama verib

AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyevə qarşı təxribat baş verib. Seymur Həzinin elektron ünvanından deputat Rəbiyyət Aslanovanın oğlu, Prezident Aparatında şöbə müdiri işləyən Elnur Aslanovun elektron poçt ünvanına məktub göndərilib. Seymur Həziyevin “məktubunda” Elnur Aslanova AXCP daxilində baş verənlər barədə məlumat verilir. Gənclər Komitəsinin sədrinin adından yollanan həmin məktubu versiya.az saytı “aşkar edib”. Saytın yazdığına görə, məktubu iyulun 14-də Əbülfəz adlı şəxs onların elektron poçt ünvanına yollayıb.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 104

Şou-bizesdə SPİD-dən əziyyət çəkən müğənni kimdir?

Xarici ölkələrdə müalicə olunan həmin ifaçı, ümidini hər yerdən üzüb

Dünya şou-biznesindən fərqli olaraq, Azərbaycanda bu sistem tam formalaşmayıb. Kobud desək, bizimkilər dünya şou-biznesində baş verənləri kobud formada təqlid edirlər.

Qalmaqal yaradır, intim həyatları ilə gündəmə gəlir, efirlərdə saçyolduya çıxırlar. Müğənnilərimiz sevgililərinin sayına görə Paris Hilton kimi milyonçu gözəlçəni və onun rəfiqəsi, əxlaqsızlığı ucbatından uşaqları əlindən alınan müğənni Britni Spirsi belə kölgədə qoyublar. Hər bir işdə naşılıq nümayiş etdirən bizimkilər, əksər hallarda ictimai yerlərdə sevişdiyi adamlarla görünməkdən çəkinmirlər. Bu gün biri, sabah isə digəri ilə əylənən yerli şou-biznes nümayəndələri qətiyyən abır-həya gözləmirlər.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 72

"Gün-səhər"in kollektivi İqbal Ağazadəni hədələdi

"Qəzetə olan borcunu qaytarmasa, seçkilərdə ona qarşı əks-təbliğata başlayacağıq"

Maliyyə çətinlikləri səbəbindən nəşrini dayandırmış "Gün-səhər" qəzetinin kollektivi yaxın günlərdə respublikanın nüfuzlu jurnalist təşkilatlarına müraciət edəcək. Bu barədə həmin mətbu orqanın jurnalistləri dünən "Həftə içi"nə məlumat veriblər. Qəzetin adının çəkilməsini istəməyən əməkdaşının bildirdiyinə görə, Ümid Partiyasının funksionerləri "Gün-səhər" qəzetinə olan borclarını qaytarmaq üçün müxbirləri ötən gün "Azərbaycan" nəşriyyatına toplayıblar.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 49

DEPUTATLAR PARLAMENTİN YAZ SESSİYASINI NECƏ QİYMƏTLƏNDİRİR?

Azərbaycan parlamentinin - Milli Məclisin yaz sessiyası başa çatıb. Yaz sessiyası daha çox Seçki Məcəlləsinə (SM)dəyişikliklərin edilməsi ilə əlamətdar olub, bir də müxalifətçi deputat Pənah Hüseynin spiker Oqtay Əsədovla duelloları ilə yadda qalıb.

Digər tərəfdən, cəmiyyətin gözləntilərinin əksinə olaraq, bu yaz sessiyası zamanı da təhsil haqqında başabəla qanun layihəsinin müzakirəsi və qəbulu baş tutmayıb. Halbuki payız sessiyasının sonunda parlament rəhbərliyi və əlaqədar dövlət məmurları sözügedən qanun layihəsinin yaz sessiyasında mütləq qəbul ediləcəyini bildirirdilər. İndi isə deyirlər ki, qarşıdan gələn payız sessiyasında bu layihənin müzakirəyə çıxarılaraq, qanun statusu alması mütləq və mütləq baş tutacaq.

Bir sözlə, Milli Məclisin yaz sessiyasını cəmiyyətin gözləntiləri açısından dəyərləndirsək, elə də xoş mənzərə yaranmır. Bəs millət vəkillərinin özləri parlamentin yaz mövsümünü necə dəyərləndirirlər?

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 42

"Biz seç­ki­də iş­ti­rak edə bil­mə­yə­cə­yik"

 - Azər­bay­can­da hə­lə­lik ay­dın ol­ma­yan seç­ki mü­hi­ti var. Bu mü­hit­də də is­tər qa­nun­ve­ri­ci­lik, is­tər di­gər mə­sə­lə­lər­də qey­ri-mü­əy­yən­lik möv­cud­dur. Bu və­ziy­yət qa­nun­ve­ri­ci­lik­lə bağ­lı mə­sə­lə­də bi­la­va­si­tə üzə çıx­dı. Qa­nu­nun im­za­lan­ma pro­se­sin­də olan vax­ti­tir­mə və on­dan son­ra­kı dövr­də də de­mok­ra­tik seç­ki mü­hi­ti­nin ya­ra­dıl­ma­sı üçün mü­əy­yən ad­dım­la­rın atıl­ma­ma­sı na­ra­hat­lıq do­ğu­rur. Ümid edi­rik ki, bun­dan son­ra­kı mər­hə­lə­də han­sı­sa ad­dım­lar atı­la bi­lər. Par­ti­ya­la­rın da seç­ki­yə bö­yük ma­ra­ğı yox­dur. San­ki seç­ki­də iş­ti­rak edib-et­mə­mək cə­miy­yət üçün əhə­miy­yət­li mə­sə­lə­yə çev­ril­mə­mək­də­dir. Bu da seç­ki­nin əhə­miy­yə­ti­ni xey­li aşa­ğı sa­lır. Xü­su­si­lə də mü­xa­li­fət dü­şər­gə­si­nin seç­ki­yə qa­tıl­ma­sı ilə bağ­lı ya­ra­dıl­mış bir sı­ra prob­lem­lər ara­dan qal­dı­rıl­ma­yıb. Seç­ki­də iş­ti­rak et­mək is­tə­yən par­ti­ya­la­rın fəa­liy­yət gös­tər­mə­si üçün mün­bit şə­rai­tin ol­ma­ma­sı or­ta­da­dır. Ona gö­rə də mə­sə­lə­lər qey­ri-mü­əy­yən­li­yin nə qə­dər da­vam edə­cə­yin­dən ası­lı­dır.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 40

Yeganə restoran sahibi ilə sevişir?

Müğənni hələlik ailə qurmaq fikrində deyil

Şou-biznes aləminə aşıq havaları ilə qədəm qoyan Yeganə Mürsəlova Türkiyə sənət camiyəsinə yol tapa bilmir. Qonşu ölkədə populyarlaşmaq həvəsində olan müğənninin heç də bəxti gətirmir.

Təzə klip çəkdirib türk kanallarında «raskrutka» edən Yeganə deyəsən, yerli şou-biznesdən ayrıldığı üçün peşman olub.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 46

Elxan Şahinoğlu: «Türkiyə heç zaman Livan ola bilməz»

«Türkiyə Silahlı Qüvvələri pusquda dayanıb»

Türkiyədəki siyasi gərginlik hələ də sürməkdədir. Türkiyənin terrorla mübarizə üzrə keçmiş koordiatoru Edip Bəşər hazırda ölkədə yaşananları Livanla müqayisə edib və bildirib ki, bu tendensiya davam edərsə, Türkiyə Livana oxşaya bilər. Yəni Türkiyədə Livan kimi çözülməyən problemlər içində qalan dövlətə çevrilə bilər.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 46

«Aygün Bəylər bozbaş, Zabit isə plovdur»

Kamran Həsənli: «Röya ilə Aygün Kazımovanın davası sıradan bir qalmaqaldır» 

Şoumen Kamran Həsənli yerli şou-biznesdəki qalmaqalların tərəfdarıdır. O düşünür ki, müğənnilər qalmaqallarla özlərinə populyarlıq qazanırlar:

 «Amma onu deməliyəm ki, Röya ilə Aygünün qalmaqalı boş yerdən, sıradan bir qalmaqaldır. Ortada heç nə yoxdursa, onlar nəyə görə mübarizə aparsınlar? «Sən mənim kimi geyindin», «sən mənim kimi hərəkət etdin»  kimi fikirlər mübahisə predmeti ola bilməz. Camaat üçün maraqlıdır - çünki ikisi də super populyardır. Bu gün Röya çox populyardır. Aygün də eləcə, neçə illərdir populyar olaraq qalır. Bu hadisə insanlar üçün maraq doğursa da, müğənnilərin heç birinə divident gətirmədi. Güman edirəm ki, Röya bu qalmaqalda yox idi, onu qalmaqala çəkdilər».

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 52

Məmurların bəyəndiyi müğənnilər

Səməd Seyidov Əlikram Bayramovun ifasını çox sevir

Ramil Usubovun isə Faiq Ağayevlə dostluq münasibətləri var

Şou-biznes nümayəndələri tək sadə kütlənin diqqət mərkəzində deyil. Onların pərəstişkarları arasında məmurlar da var. Sənətçilər ifaları ilə milyonların könlünü oxşamaqla yanaşı, məmurların ürəyinə də yol tapa biliblər.

Məlumatlara görə, müdafiə sənayesi naziri Yavər Camalov Xumar Qədimovanın son günlər populyarlıq qazanan mahnısı «Gülüm mənim»i sevə-sevə dinləyir. Məmurların daha çox hansı müğənnilərə pərəstiş etməsilə bağlı bizə danışan məlumatlı mənbə bildirir ki, Flora Kərimovanın məmur pərəstişkarları arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı daha çox hallanır.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 82


  Yazılar cəmi: 19    Sonrakı səhifə »