Akif ƏLİ, filologiya elmləri namizədi, yazıçı-publisist
...“Əkinçi” qəzetindən gül ətri gəlir.
Bu bir həqiqətdir. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika peşəsi sahəsində müəyyən uğurlar qazanmış həssas bir həmkarımızın amma çox kobud bənzətməsinə rəğmən, “Əkinçi” qəzetindən “tövlə” iyi yox, əsil Mədəniyyət Gülüstanının xoş rayihəsi yayılır. Sadəcə bu qəzeti başdansovdu oxumayasan və oxuyanda 133 il (yüz otuz üç il !) arxaya baxıb o zamanın ab-havasını, məmləkətin halını, millətin vəziyyətini və dünyanın gərdişini təsəvvürünə gətirə biləsən. Onda Həsən bəyin xalq naminə fədakarlığını görər, xeyirxah “Əkinçi”nin nurlu amalını dərk edərsən.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 103
Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vurub. Gəncə Hərbi Prokurorluğundan cümə axşamı Trend-News-a verilən məlumata görə, Gəncədəki N saylı hərbi hissənin əsgəri Musayev Tural çərşənbə günü elektrik cərəyanının vurması nəticəsində yerindəcə dünyasını dəyişib.
Musayev ötən ilin aprelində Bakının Nərimanov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 68
Qəzetimizin sorğusu başa çatdı
«Bizim söz» İnternet Qəzetində(www.bizimsoz.tk) iyulun 8-dən jurnalistlər arasında davam edən «Mediaya ən açıq mətbuat xidməti rəhbəri kimdir» adlı sorğu bu gün başa çatıb. Qəzetin redaksiyasından daxil olan xəbərə görə, 22 iyul Mətbuat Günü münasibəti ilə keçirilən sorğuya ümumilikdə 222 respondent qatılıb. Sorğuya isə fəallığı ilə seçilən 8 dövlət qurumunun Mətbuat Xidmətləri rəhbərlərinin adı daxil edilib(XİN, DYP, BŞTİ, DİN, MM, TN, MN, Nazirlər Kabineti).
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 97
Ekspedisiyanın rəhbəri sərt danışıb
“Bir daha təkrar edirəm ki, Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar məhz maliyyə vəsaitinin yoxluğundan dayandırılıb. Ürək ağrısı ilə deyirəm ki, mətbuatımızın, institutumuzun və yerli İcra Hakimiyyətinin fədakarlığı olmasaydı, bu məzarlıqdan heç əsər-əlamət qalmayacaqdı. Milli Məclisin sədri başda olmaqla, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri məzarlığı ziyarət ediblər. Amma bu tədqiqatların davam etməsi üçün tələb olunan cüzi vəsait tapılmır ki, tapılmır. Artıq məndə belə fikir yaranıb ki, kimlərsə qəsdən bu faktların üstünün açılmasına maneçilik törədirlər”.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 81
Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə «Erməni terroru: gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı ermənilərin Azərbaycana qarşı hücumları zamanı yüzlərlə uşaq və gənclərin qətlə yetirildiyini, ermənilərin əsas hədəfinin daima ölkəmizin genefondunu məhv etmək olduğunu diqqətə çatdırdı. Bu məsələdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayət əməllərindən danışan sədr, Köçəryanın beynəlxlaq səviyyədə uşaqların düşməni kimi tanınmasının vacibliyini vurğuladı: «Köçəryan təkcə azəri uşaqlarının deyil, bütün dünya uşaqlarının düşmənidir. Bu gün erməni cəmiyyətinin özü onu Haaqa məkhkəməsinə verir. Biz bundan istifadə etməliyik. Amma çox təəsüf ki, həmişəki kimi beynəlxalq birlik yenə də ölkəmizə qarşı ikili standartlardan istifadə edir. Belə hallara son qoyulmalıdır».
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 78
Azərbaycan Ordusunun zabiti bıçaqlanıb. Trend News-un məlumatına görə, Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Göytəpə kəndi ərazisindəki N saylı hərbi hissəsinin zabiti, leytenant Fuad Bağırlı şəxsi münasibətlər zəminində kənd sakini Şəmi adlı şəxs tərəfindən bıçaqlanıb. Zabit ağır bədən xəsarəti ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb. Onun səhhətinin ağır olduğu bildirilir. Məlumata görə, zabit hərbi hospitalların birinə köçürüləcək.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 48
Rusiyanın «Azərbaycanlı gənc» təşkilatının təşəbbüsü ilə bu gün Bakıda «Azərbaycan sivilizasiyaların qovuşağında» mövzusunda konfrans öz işinə başlayıb. Heydər Əliyev Fondunun Rusiya üzrə rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın məqsədi Azərbaycan və Rusiya arasnda əlaqələri genişləndirmək və möhkəmləndirmək, iki ölkənin gənclərinin bir-birinə yaxınlaşdırmaq, tələblər arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 39
«Gənc Liderlər» Uşaq Təşkilatı Qarabağ Azadlıq Təşkilatı ilə birgə İyulun 16-da(sabah) QAT-ın ofisində «Erməni terroru: Gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa təşkil edəcək. Saat 12.00-də başlayacaq toplantıda ermənilərin Azərbaycana qarşı hücumları zamanı ölkəmizin genefonduna vurulan zərbənin fəsadları, bu işdə Robert Köçəryanın cinayət əməlləri və beynəlxalq təşkilatların belə hallara göz yumması qətiyyətlə pisləniləcək! Dəyirmi masada bir sıra tanınmış ziyalılar, QAT və GLUT rəhbərliyi iştirak edəcək.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 45
Aşağı Güzdəkdə şəhidin barelyefi adı verilən küçəyə vurulmur
Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş şəhidin adının verildiyi küçəyə barelyefin vurulması indiyə qədər həyata keçirilməyib. Şəhidin atası Dostalı Məmmədovun verdiyi məlumata görə, bələdiyyə sədri Bəyağa Abbasov barelyefin küçəyə vurulması və küçənin abadlaşdırılmasına laqeyd münasibət bəsləyir: "Bəyağa Abbasov barelyefin vurulmasına yardımçı olmaq istəmir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 34
Yazının açar sözləri: Baxış sayı: 57