Fərid Şahbazlı: «Azərbaycanda uşaqlara diqqət Heydər Əliyev ənənəsidir və biz bütün işlərimizdə bu yolun davamçısı Mehriban xanım Əliyevaya güvənirik»
«Bizim qonağ»ın növbəti müsahibi «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı olub
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 47
«Azərbaycanda mənasızlar o qədər çoxdur ki…»
«Bizim qonağ»ın növbəti müsahibi tanınmış köşə yazarı Zamin Hacıdır
- Zamin bəy demək olar ki, hər gün qəzetdə köşə ilə çıxış edirsiz. Bəzən belə fikirlər dolaşır ki, Zamin artıq maraqsız yazır, tükənib…
- Həmişə maraqlı yazmaq və ya hamı üçün maraqlı yazmaq mümkün deyil axı. Çoxlu oxucu var. Mənim yazdığım birinə maraqlı ola bilər, birinə isə maraqsız. Bu heçdə mübahisəli fikir deyil. Bu aydın bir həqiqətdir ki, birinin yazdığı hamıda maraq doğura bilməz. Heç məndə də bu həqiqətin əksinə getməyə cəhd etmirəm.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 61
Qəzetimizin qısa müddət ərzində populyarlıq qazanan «Bizim qonağ» rubrikasının növbəti qonağı «Yeni Müsavat» qəzetinin əməkdaşı, tanınmış köşə yazarı Zamin Hacı olub. Tanınmış jurnalist əməkdaşımızın yazdığı məqalələr, tutmaq istədiyi vəzifə və bir sıra başqa mətləblərlə bağlı ona ünvanladığı suallarına olduqca maraqlı cavablar verib. «Bizim söz»ün sabahkı sayında işıq üzü görəcək bu maraqlı müsahibəni izləməyi unutmayın!
Yazının açar sözləri: Baxış sayı: 52
Aqil Mehdi: «Kim Azərbaycan gəncliyinin gündəlik həyat tərzini problem hesab etmirsə, mən o şəxsin azərbaycanlı olmasına şübhə edirəm»
Qəzetimizin "Bizim Qonağ" rubrikasının növbəti qonağı "Parlaq Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Aqil Mehdidir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 70
«Parlaq Gələcək» Gənclər Maarifləndirilməsi İctimai Birliyinin sədri Aqil Mehdi qəzetimizin «Bizim qonağ» rubrikasının növbəti qonağı olub.
Saytımızın ictimai-siyasi proseslər, gənclərin problemləri və prezident seçkilərində gənclərin rolu barədə suallarını cavablandıran A.Mehdi maraqlı açıqlamalarla çıxış edib. Yaxın günlərdə saytımıza yerləşdirəcəyimiz müsahibəni izləməyi unutmayın!
Yazının açar sözləri: Baxış sayı: 67
Aqil Ələsgər: “Azərbaycana qarşı ən böyük iki gizli təhlükə mövcuddur: İran və Fətullah Gülən Şəbəkəsi”
“Bu gün DAK kənar, ayrı-ayrı kəşfiyyat orqanlarına bağlı ünsürlərdən təmizlənib”
Xəbər verdiyimiz kimi, qonağımız Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri, Azərbaycan Dinşünaslar Birliyinin sədri, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərdir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 156
«Yeni Çağ»ın baş redaktorunun saytımıza verdiyi maraqlı açıqlamaları qaçırmayın!
Qəzetimizin «Bizim Qonağ» rubrikasının növbəti müsahibi Azərbaycan Dinşünaslar Birliyinin sədri, «Yeni Çağ» qəzetinin baş redaktoru, DAK Nəzarət-Təftiş Komissiyasının rəhbəri Aqil Ələsgər olub. Yaxınlarda diqqətinizə çatdıracağımız müsahidəbə araşdırmaçı jurnalist Aqil Ələsgər maraqlı açıqlamalarla çıxış edib. «Yeni Çağ»ın baş redaktorunun saytımıza verdiyi maraqlı açıqlamaları qaçırmayın!
Yazının açar sözləri: Baxış sayı: 83
Vaqif Əsədov: «Təhlükəsizlik kəmərindən istifadə tələbinin aradan götürüldüyünü deyənlər ya savadsızdırlar, ya da polislə sürücünü üz-üzə qoymağa çalışırlar»
«Bizim Qonağ»ın ilk müsahibi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytnant Vaqif Əsədovdur
- Vaqif müəllim, son aylar yol qəza hadisələrinin artıdığı barədə məlumatlar var. DYP yol-qəza hadisələrinin qarşısının alınması üçün hansı addımları atır?
- İctimaiyyətdə yol-qəza hadisələrinin artıdığı barədə olan məlumatlar yanlışdır. Əksinə ötən illə müqayisədə qəzaların sayı azalıb. Gəlin statistikaya nəzər salaq. 2008-ci ilin yanvar ayının 1-dən iyun ayının 7-ə kimi paytaxt üzrə 529 yol qəza hadisəsi baş verib, nəticədə 112 ölüm, 581 is müxtəlif dərəcəli bədən xəsarəti halı qeydə alınmışdır. Ötən 2007-ci ilin yanvar ayının birindən iyun ayının 7-ə kimi olan məlumatlara görə isə qəza hadisələrinin sayı 589 olub. Nəticədə isə 151 ölüm, 656 isə xəsarətlə nəticələnən hadisələr qeydə alınıb. Elə isə, statistikaların təhlili göstərir ki, ötən illə müqayisədə 60 yol qəzası, 39 ölüm faktı aşağı düşmüşdür. Bu da təbii ki, Dövlət Yol Polisi əməkdaşlarının məqsədyönlü qabaqlayıcı təlbirləri nəticəsində baş tutmuşdur. DYP bundan sonra da yol-qəza hadisələrin saynın aşağı düşməsi istiqamətində ciddi işlər görəcək.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 100
DYP-nin bölmə rəisi Vaqif Əsədov saytımızın qonağı olacaq
Hörmətli oxucular! «Bizim Söz» İnternet qəzeti yeni layihənin icrasına
başlayır. «Bizim qonaq» adlı yeni rubrikada tanınmış simalar, dövlət məmurları, millət vəkilləri məhz sizin suallara cavab verəcək!
«Bizim qonağ» rubrikasının ilk müsahibi Bakı Şəhər DYP-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytnant Vaqif Əsədovdur. Sizi maraqlandıran sualları bizimsoz@box.az ünvanına göndərməklə, cavab ala bilərsiniz! Son tarix 7 iyundur.
Yazının açar sözləri: Baxış sayı: 96
Yazılar cəmi: 9