Reklam verin!

Adı lazım deyil, baş hərfi...

Şou-biznesimizin tanınmış simalarının gerçək adları necədir?

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan şou-biznesinin nümayəndələri də ad və soyad əvəzinə istifadə etdikləri ləqəblə tanınmağa üstünlük verirlər. APA adlarını dəyişdirmiş şou-biznes nümayəndələrinin gerçək adları ilə bağlı araşdırma aparıb.

Araşdırma zamanı bir çox tanınmış müğənnilərin ad-soyadlarını müxtəlif formada dəyişdirdiyi üzə çıxıb. Bunun müxtəlif səbəbləri mövcuddur. Səbəblərdən biri müğənninin öz keçmişini gizlətmək üçün bu vasitədən istifadə etməsi, digər səbəbi isə yerli müğənnilərin dünya ulduzlarının yolu ilə getməsidir. Yəni bizim “ulduz”lar adlarını və ya soyadlarını dəyişdiməklə özlərinin dünya şou-biznesinə daha yaxın hiss edirlər. APA-nın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan şou-biznesində öndə gedən sənətçilərin əksəriyyəti başqa adla tanınırlar.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 74

İLHAM ƏLİYEV CƏLAL ƏLİYEVƏ DİPLOM VERDİ

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə Cəlal Əlirza oğlu Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yazının açar sözləri: Baxış sayı: 58

DAK BƏZZ YÜRÜŞÜ İLƏ BAĞLI BƏYANAT YAYDI

Bəyanatı "Bizim söz"də olduğu kimi oxuyun

Məlum olduğu kimi, 1996-cı ildən bəri Güney Azərbaycan türkləri Azərbaycanın bütövlüyü və azadlığı uğrunda mübarizə aparmış böyük sərkərdə Babək Xürrəminin doğum gününü təntənəli şəkildə qeyd edirlər. Belə ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türkləri iyun ayının sonu və iyul ayının ilk günlərindən başlayaraq Güney Azərbaycanın Kəleybər şəhərində yerləşən Bəzz qalasına kütləvi şəkildə yürüş edirlər. Bunda məqsəd Güney Azərbaycan türklərinin pozulmuş milli-mədəni hüquqlarının gündəmə gətirilməsi və fars şovinist rejimindən 35 milyonluq Azərbaycan türkünün insan haqlarının təmin edilməsinin tələb olunmasıdır. Eyni zamanda Güney Azərbaycan Milli Hərəkatının Bəzz qalasına keçirdiyi bu yürüş həm də milli birlik və milli özünüdərk mərhələsinin inkişafında aparılan mövcud siyasi proseslərin düzgün istiqamətləndirilməsinin göstəricisidir.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 75

TANINMIŞLARIN İSTİRAHƏT PLANLARI

Biri xaricdə istirahəti arzulayır, biri ümumiyyətlə istirahət etməyəcək, birininsə başı hələ işə qarışıb

Yayın gəlişi ilə artıq bir neçə ictimai təşkilatlar, qurumlar və tanınmışlar artıq istirahətə yollanıblar. Amma hələ də işini tam başa vurmayıb, istirahətə vaxt tapmayanlar da az deyil. «Bizim söz» «Yayı harda istirahəğ edəcəksiz?» sualı ilə AVP sədri, millət vəkili Fəzail Ağamalıya, yazıçı-kulturoloq Aydın Xana və QAT sədri Akif Nağıya müraciət edib.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 56

Əli Kərimli yeni avtomobildə gəzir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli avtomobilini dəyişib. Neçə müddətdir, partiya sədri boz rəngli “Hundai Sonata” avtomobilindən istifadə edir. Hər seçki ərəfəsində partiya liderlərinin avtomaşınlarını dəyişdiyini nəzərə alsaq, bəlkə də AXCP sədrinin bu dəyişikliyi qəribə görünməyə bilərdi. Üstəgəl, bir neçə gün əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbərin də avtomobilini yenilədiyi haqda məlumat yayılmışdı.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 71

İRAN AZƏRBAYCAN VƏ TÜRKİYƏNİ HƏDƏLƏDİ

İnqilab Gözətçilərinin komandiri Məhəmməd Əli Cəfəri “Hücuma icazə verən qonşunu vurarıq” söylədi

İsrail ordusu iyun ayının ilk həftəsində Aralıq dənizinin şərqində və Yunanıstan üzərində 100 dən çox F-16 və F-15 döyüş təyyarəninin qatıldığı manevrdə İran adlanan yeri vurma sınağı etdi. Ardından Amerikan Ordusunun Başçısı Michael Mullenin İsrailə sürpriz bir ziyarətinin olacağı açıqlandı. Bu sırada İsrail baş naziri Ehud Olmert də 1981-ci ildə İraqda Səddam Hüseyinin Osirek reaktörünü vuran İsrailli komandirlər ilə gizli şəkildə görüşdü.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 58

«Qarabağ» futbol klubunun Türkiyəyə səfərində problem yaranıb

Azərbaycanın «Qarabağ» futbol klubu Afrikadan olan oyunçularını təlim-məşq toplanışı keçəcəyi Türkiyəyə aparmaqda problemlə üzləşib. Bu barədə bazar ertəsi Trend News-a «Qarabağ» klubunun mətbuat xidməti məlumat verib.

Afrikalı legioner futbolçular – Mamadouba Soumah və Viktor İbokoye viza problemi ilə üzləşdikləri üçün sabah «Qarabağ» komandası ilə Türkiyəyə gedə bilməyəcəklər. Bu futbolçular təlim-məşq toplanışına viza problemləri həll olunandan sonra qoşulacaqlar.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 51

AZƏRBAYCAN MUSİQİ İCTİMAİYYƏTİNİN NƏZƏRİNƏ!

Bir neçə ay öncə televiziyada Pekin olimpiadasına yollanacaq Azərbaycan idmançıları üçün marş müsabiqəsi elan olunmuşdur. Bu yaxınlarda AMEA-nın əməkdaşı, tarix elmləri namizədi Tahir Aranlı həmin müsabiqə ilə əlaqədar yazdığı, lakin müsabiqəyə təqdim edə bilmədiyi mətni redaksiyamıza təqdim etmişdir. «Qələbə marşı» adlanan bu mətndəki yüksək bədii koloriti, vətənpərvərlik ruhunu nəzərə alıb, onu musiqi ictimaiyyətinin diqqətinə təqdim edirik. Bununla bağlı bütün suallarla «Bizim söz»ə müraciət etmək olar.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 49

TÜRKİYƏNİN BAŞ NAZİRİ 10 İLDİR Kİ, ŞƏKƏR XƏSTƏSİ İMİŞ

Medical Park Xəstəxanasının açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, internetlə sağlamlıq məlumatlarını aldığı elektron kartı jurnalistlərə göstərdi. Teleobjektifle göstərilən kartdakı nömrədən Baş nazirin 1998-dəki test nəticələri bəlli olub. Ekspertlərə görə 10 il əvvəlki testdə qan şəkəri 159 çıxan Ərdoğan 10 il imiş ki, əşərk xəstəsi imiş. Amma baş nazir bu faktı gizlətmirmiş, əksinə o,  müalicə alan bir şəkərli diabetdir.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 55

«EFİRDƏ ƏXLAQSIZ HƏRƏKƏTLƏR EDƏN MÜĞƏNNİLƏRİN MƏNƏVİYYAT VƏ PEŞƏKARLIQ PROBLEMİ VAR»

Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili  Nizami Cəfərovun «Bizim söz»ə ekskluziv açıqlaması

Son zamanlar şou-biznes aləmində baş verənlər, estrda ulduzlarının efirdən bir-birinə qarşı təhqir və təhdid səsləndirməsi adi hal alıb. Bununla yanaşı, bu günlərdə mətbuatın gündəmini zəbt etmiş Tolik-Xuraman Şuşalı olayı da ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bütün baş verənlərə aydınlıq gətirmək üçün Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, millət vəkili Nizami Cəfərova müraciət etdik.

Davamı...

Yazının açar sözləri: Baxış sayı: 65


  Yazılar cəmi: 112    Sonrakı səhifə »