Meksikanın təhlükəli Sinaloa ştatında polis əməkdaşları tətil ediblər. Etiraz edənlərin əsas tələbi əməkhaqqlarının artırılması və iş şəraitin yaxşılaşması barədədir. Tətilin elan olunmasından az əvvəl isə bir polis əməkdaşı narkotik maddələrin qeyri-qanuni satışı ilə məşğul olan qrup tərəfindən öldürülüb. Bundan sonra asayiş keşikçiləri həyatlarının sğortalanmasınıda tələb ediblər.
Onların fikrincə iş başında dünyasını dəyişən polislərin ailələri sonradan dövlət qayğısı ilə təmin olunmalıdır.
