Qəzetimizin sorğusu başa çatdı
«Bizim söz» İnternet Qəzetində(www.bizimsoz.tk) iyulun 8-dən jurnalistlər arasında davam edən «Mediaya ən açıq mətbuat xidməti rəhbəri kimdir» adlı sorğu bu gün başa çatıb. Qəzetin redaksiyasından daxil olan xəbərə görə, 22 iyul Mətbuat Günü münasibəti ilə keçirilən sorğuya ümumilikdə 222 respondent qatılıb. Sorğuya isə fəallığı ilə seçilən 8 dövlət qurumunun Mətbuat Xidmətləri rəhbərlərinin adı daxil edilib(XİN, DYP, BŞTİ, DİN, MM, TN, MN, Nazirlər Kabineti).
Beləliklə 9 gün davam edən sorğunun nəticələrinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytnant Vaqif Əsədov respondentlərin 57%(127 nəfər) səsini qazanaraq, mediaya ən açıq Mətbuat Xidməti rəhbəri seçilib. Jurnalistlər V.Əsədovu KİV-lə ən sıx və səmimi münasibətlər quran xidmət rəhbəri seçiblər.
Sorğunun nəticələrinə görə ikinci yeri isə jurnalistlərin 31%-nin(68 səs) səsini qazanan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rəhbəri Xəzər İbrahim tutub.
İlk üçlüyü isə 8%(17 səs) səs toplayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı qapayıb.
Onun da qeyd edək ki, sorğunun qalibi seçilən Vaqif Əsədovu bundan əvvəldə «Jurnalistlərin dostu» və «Uşaqların dostu» mükafatları ilə təltif olunub.
«Bizim söz» sorğunun qalibləri təbrik edir və bütün həmkar media qurumlarından sorğunu işıqlandırmalarını xahiş edir.

