Barselonanın ulduz qolçusu bu gün səhər saatlarında Daşkəndə gəlib
Barselonunun ulduz futbolçusu Samuel Eto bu gün Özbəkistana gəlib. «Bizim Söz» Türkiyə mətbuatına istinadən xəbər verir ki, tətilini keçirdiyi ABŞ-dan xüsusi bir təyyarələ gələn Eto'onu ,Daşkənd Beynəlxalq Aerodromda Kuruvçi klubunun idarəçiləri və geniş tərəfdar qrupu qarşılayıb. Tərəfdarlar «Xoş gəldin Eto'o» yazılı plakatlarla qarşılanan futbolçuya yüzlərəl çiçək təqdim olunub.
Etoya böyük maraqla yanaşan, özbək mətbuatı qarşılanma arası maraqlı bir məqam aşkar edib. Belə ki, qarşılanma zamanı futbolçunun bir an olsun gözünü telefonundakı mesajlardan çəkmədiyi bəlli olub
Eto'o, Daşkənddəki ilk günündə əvvəl Özbəkistan Futbol Federasiyasını (ÖFF) ziyarət edəcək, ardından yerli saatla 14:30da qaldığı oteldə mətbuat konfransı təşkil edəcək.
Eto'o, daha sonra Kuruvçi klubunun müvəqqəti istifadə etdiyi Mərkəzi Əsgəri Stadionunda böyük bir tərəfdar ordusu ilə bir araya gələcək və ilk dəfə geyəcəyi formayla mətbuata poza verəcək.
Emin/ «Bizim söz»
