Fiona Brukes xəbərlər proqramını təqdim edərkən ayaqlarını sərgiləyibmiş…
İngiltərənin "Yellowtail" şərab firması, "Hansı xəbər aparıcısı ilə bir axşam keçirmək istəyərdiniz" sualı ilə sorğu keçirib. «Bizim söz» İngiltərə mətbuatına istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlər ən cazibədar kişi xəbər aparıcısı kimi 58 yaşlı Ceremi Paxmanı, qadın xəbərçisi kimi isə Fiona Brukesi seçib. Şərab firmasının səlahiyyətlisi Libbi Nutt, "Ceremi və Fionanın birinci olmaları sürpriz deyil. Çünki ikisi də intellektual olmaqla yanaşı, həm də cəlbedicidirlər " deyib.
Qeyd edək ki, sorğunun qadınlar arasında qalibi seçilən BBC-nin əməkdaşı Fiona Brukes xəbərlər proqramını təqdim edərkən ayaqlarını sərgiləyərək böyük reaksiyaya səbəb olmuşdu. Elə bu səbəbdəndir ki, o ən «seksual xəbər serveri" seçilib.
Fərrux/ «Bizim söz»


İyul 17, 2008 19:28