Reklam verin!

BƏZİ İCRA BAŞÇILARI İŞDƏN ÇIXARILACAQ

Seçkilərdən sonra haqqında şikayətlər çoxalan rayon rəhbərləri cəzalandırılacaq

«Bizim söz»ə etibarlı mənbələrdən maraqlı informasiya daxil olub. Xəbərdə bir neçə icra başçısının seçkilərdən dərhal sonra vəzifəsindən uzaqlaşdırılacağı qeyd olunur. Məlumata görə, haqqında yerli sakinlər tərəfindən şikayətlər çoxalan, eyni zamanda hakimiyyətdə dayaqları sarsılan Astara, Ağstafa, Biləsuvar və Masallı rayonlarının icra başçıları cəzalandırılacaqlar.  Hətta onların seçkilərdən sonra vəzifələrindən gedəcəkləri barədə məlumat, rayon rəhbərlərinin özlərinə də çatdırılıb. Başçıların qarşısında son olaraq, prezident seçkiləridən hər hansı səhv etməmək tapşırıqı qoyulub. Əks halda onlara daha ağır cəzaya məruz qalacaqları haqda xəbərdarlıq edilib.


Məlumatda həm də o deyilir ki, Masallı rayonunun icra başçısı rayonun deputatı Əhəd Abıyevin güdazına gedib. Başçının millət vəkilinə və onun rayon icra hakimiyyətinin müavini çalışan qardaşına həddən artıq «imtayazlar» verdiyi üçün işdən gedəcəyi deyilir. Onu qeyd edək ki, qəzetimiz hələ bir müddət öncə Masallı rayonun deputatı Əhəd Abıyevə siyasi hakimiyyətin yüksək ranqlı məmurları tərəfindən xəbərdarlıq edildiyini yazmışdı.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

«Bizim söz»

Yazının açar sözləri: Baxış sayı: 75


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha