Junior Osvadlo iki həftəliyə sıradan çıxıb
Azərbaycanı UEFA kubokunda təmsil edəcək «Xəzər-Lənkəran» futbol klubu ciddi itki ilə üzləşib. Bu barədə Trend News-a çərşənbə günü klubun mətbuat xidməti məlumat verib.
Komandanın Braziliyadan olan futbolçusu Junior Osvadlo dünən keçirilən məşqdə zədələnib və iki həftəliyə sıradan çıxıb. O, «Xəzər-Lənkəran»ın UEFA kuboku çərçivəsində iyulun 17-də Bakıda Polşanın «Lex» komandası ilə görüşündə iştirak edə bilməyəcək.
Osvaldo «Xəzər-Lənkəran»ın aparıcı futbolçularındandır. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçunun ən böyük problemi zədəyə meylli olmasıdır.
«Xəzər-Lənkəran» klubunun digər bir braziliyalı futbolçusu – Denis Silva da zədəli olduğundan, onun «Lex»lə ilk oyunda meydana çıxması sual altındadır.

