Reklam verin!

TƏHMASİB NOVRUZOV YENƏ DANIŞDI

«Əli Kərimli Qərbin oyuncağıdır»

Müxalifətdə təmsil olunan bəzi qüvvələrin dövlətçiliyə qarşı apardığı çirkin siyasət Azadlıq Hərəkatçıları Birliyinin tənqidinə tuş gəlib. Qurumun sədri Təhməsib Novruzov Əli Kərimlinin təşkil etdiyi yersiz oyunlardan təngə gəldiklərini və onlara ruporluq edən «Azadlıq» qəzetinin təsisçilərinin dəyişməsinin vacibliyini deyib. «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilovun bıçaqlanması olayı və bunda birbaşa Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin rolu olması barədə Qərb mətbuatındakı informasiyalar təbii qarşılanmalıdır. Azadlıq Hərəkatçıları Birliynin sədri Təhmasib Novruzov belə deyir.


Onun sözlərinə görə, daxildə nüfuz qazana bilməyən Kərimli ona qrant ayıran xarici qeyri hökümət təşkilatları qarşısında reytinqini azaltmamaq üçün min bir oyundan istifadə edir. Elektoratın münasibətini yaxşı dərk edən AXCP sədri yeganə ümidini qərbdəki pul ayıranlarına bağlayıb. Deyən təşkilat sədrinin fikrincə, vaxtilə bir cəbhədə görünən ayrı-ayrı müxalifət partiyaları funksionerlərinin dediklərinin indi bir-birinin boğazından keçməməsinə səbəb məğlubiyyətdən başqa bir şey deyil. Xalq Cəbhəsi Partiyasının qurucularından olan Təhməsib Novruzovu təəssüfləndirən məqamlar çoxdur. Onlardan biri də vaxtilə xalq hərəkatının önündə gedən «Azadlıq» qəzetinin Əli Kərimli və onun kimi dəllalların əlində oyuncağa çevrilməsidir. Qəzet yazarlarının Kərimlinin şəxsi mənafeyini müdafiə etməyə və dövlətçiliyə qarşı kampaniya aparmağa başları o qədər qarışıb ki, artıq özlərinin ideoloji məqsədlərini də unudub sələflərini belə yaddan çıxarıblar. Bu səbəblərə görə də, «Azadlıq» Hərəkatçıları Birliyi Əli Kərimlinin divar qəzetinə çevrilən «Azadlıq»-ın rəhbərliyini məhkəməyə verib və Yasamal rayon məhkəməsində qəzetin təsisçilərini dəyişdirilməsinə dair şikayət iddiası üzrə proses gedir.

Lider TV

Yazının açar sözləri: Baxış sayı: 79


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha