Reklam verin!
Yuma Ailə Jurnalı

SEYMUR HƏZİYEV HAQQINDA DEYİLƏNLƏRƏ CAVAB VERDİ

AXCP Gənclər Komitəsinin sədri "Azadlıq"a açıqlama verib

AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyevə qarşı təxribat baş verib. Seymur Həzinin elektron ünvanından deputat Rəbiyyət Aslanovanın oğlu, Prezident Aparatında şöbə müdiri işləyən Elnur Aslanovun elektron poçt ünvanına məktub göndərilib. Seymur Həziyevin “məktubunda” Elnur Aslanova AXCP daxilində baş verənlər barədə məlumat verilir. Gənclər Komitəsinin sədrinin adından yollanan həmin məktubu versiya.az saytı “aşkar edib”. Saytın yazdığına görə, məktubu iyulun 14-də Əbülfəz adlı şəxs onların elektron poçt ünvanına yollayıb.


Seymur Həziyev isə “Azadlıq”a açıqlamasında bunu özünə qarşı təxribat kimi qiymətləndirib. Gənclər Komitəsinin sədri deyib ki, siyasi hakimiyyətin sifarişilə xüsusi xidmət orqanları ona qarşı bu təxribatı həyata keçiriblər. Həmçinin hakimiyyətin ələ aldığı bəzi qəzetlər də Seymur Həziyevə qarşı edilən bu təxribatda canfəşanlıq göstəriblər: “Bütün bunlar mənim siyasi və jurnalist fəliyyətimlə bağlıdır. Hakimiyyətə müxalifətdə olan jurnalistlərə və gənclərə qarşı bu cür təxribatlar zaman-zaman baş verib. Mənim Elnur Aslanovla hansısa bir əlaqəm yoxdur və ümumiyyətlə bu, absurd bir məsələdir. Əgər mənim kiminləsə məxfi yazışmam olsaydı bunu öz elektron ünvanımla etməzdim. Bu xüsusi xidmət orqanlarının mənə qarşı təxribatıdır. Təəssüf ki, bu məsələdə onlara hakimiyyətin ələ keçirdiyi bəzi müxalifəyönlü qəzetlər də can-başla yardım edir”.

Adının çəkilməsini itəməyən internet mütəxəssislərindən biri ilə söhbətimizdə isə məlum oldu ki, istənilən elektron ünvanının parolunu sındırmaq mümkündür: “Bu çox sadə işdir. Kompüterdən və internetdən azacıq anlayışı olan adam da bunu edə bilər”.

Mütəxəssis versiya.az-ın yazdıqlarını və həmin məktubu diqqətlə oxuduqdan bir maraqlı məqama da diqqət çəkdi: “Gördüyünüz Seymur Həziyevin poçtundan Elnur Aslanova məktub iyulun 15-də ünvanlanıb. Amma bu sayt yazır ki, məktub onların elektron ünvanına iyulun 14-də daxil olub. Belə çıxır ki, bu məktub Elnur Aslanova ünvanlanmamışdan əvvəl versiya.az-a yollanıb. Axı necə ola bilər ki, Seymur Həziyev məktubu bu gün (dünən-red) ”yazır", amma bu gün (dünən-red) yazılan məktub dünən (srağagün-red) versiya.az-ın poçtuna göndərilib? Bu, absurddur. Görünür, təxribatı törədənlər bu incə məqama diqqət etməyiblər". Doğrudan da çox maraqlıdır. Görəsən, Seymur Həziyevin iyulun 15-də “yazdığı” məktubu, iyulun 14-də versiya.az-a necə göndəriblər? Çox ucuz və primitiv şəkildə hazırlanan təxribatdır.

"Azadlıq" qəzeti

Yazının açar sözləri: Baxış sayı: 104


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha