Reklam verin!

QUBADAKI KÜTLƏVİ MƏZARLIQDA İŞLƏR DAYANDIRILDI

Ekspedisiyanın rəhbəri sərt danışıb

“Bir daha təkrar edirəm ki, Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar məhz maliyyə vəsaitinin yoxluğundan dayandırılıb. Ürək ağrısı ilə deyirəm ki, mətbuatımızın, institutumuzun və yerli İcra Hakimiyyətinin fədakarlığı olmasaydı, bu məzarlıqdan heç əsər-əlamət qalmayacaqdı. Milli Məclisin sədri başda olmaqla, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri məzarlığı ziyarət ediblər. Amma bu tədqiqatların davam etməsi üçün tələb olunan cüzi vəsait tapılmır ki, tapılmır. Artıq məndə belə fikir yaranıb ki, kimlərsə qəsdən bu faktların üstünün açılmasına maneçilik törədirlər”.


 Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, faciəli tariximizə diqqətsizliyin izahı olmadığını bildirib: “Qonşularımız olmayan hadisələrdən qondarma fakt düzəldirlər, biz isə başımıza gələni, gözümüzün önündə olan bu tarixi faktları ört-basdır etmək istəyirik. Quba məzarlığı tarixi, ictimai-siyasi əhəmiyyətli abidədir, bu abidənin qorunması üçün doğrudanmı bizim cüzi vəsaitimiz yoxdur? Biz işləri yekunlaşdırmağa hazırlaşırdıq, muzey yaratmaq istəyirdik, amma indi bütün işləri dayandırmağa məcbur olmuşuq”.

Yazının açar sözləri: Baxış sayı: 80


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha