Fransa prezidenti Nikola Sarkozi QALMAQAL yaradacaq fikir söyləyib
Fransa prezidenti Nikola Sarkozi partiyasından seçilən deputatlarla söhbəti zamanı, özünə Suriya Dövlət Başçısı Bəşir Əsədı nəzərdə tutaraq verilən «Orta şərqli diktatorları niyə Parisə dəvət edirsiz?» sualına "Nə edək. Orta şərqdən ya Talibanlar ya Atatürklər çıxır" deyə cavab verib.
«Bizim söz» «Associated Press»ə istinadən xəbər verir ki, Fransanın hakim Xalq Hərakatı Üçün Birlik Partiyasından seçilən deputatlarla bir araya gələn Sarkozi keçən bazar günü təşkil edilən "Aralıq dənizi Üçün Birlik" zirvəsinə Suriya prezidentini dəvət etməsinin və Suriya ilə əlaqələri gücləndirmək üçün cəhd göstərməsinin doğru bir qərar olduğunda israr etdi.
Əsədın ayağına qırmızı xalça sərilməsini barış əlaməti olduğunu açıqlayan Sarkozi bunun isti münasibətlər naminə edildiyini qeyd edib.
Rəşid/ «Bizim söz»


Bu Fransiz arvadbazi deyesen qashinir
İyul 17, 2008 0:31