Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə «Erməni terroru: gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı ermənilərin Azərbaycana qarşı hücumları zamanı yüzlərlə uşaq və gənclərin qətlə yetirildiyini, ermənilərin əsas hədəfinin daima ölkəmizin genefondunu məhv etmək olduğunu diqqətə çatdırdı. Bu məsələdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayət əməllərindən danışan sədr, Köçəryanın beynəlxlaq səviyyədə uşaqların düşməni kimi tanınmasının vacibliyini vurğuladı: «Köçəryan təkcə azəri uşaqlarının deyil, bütün dünya uşaqlarının düşmənidir. Bu gün erməni cəmiyyətinin özü onu Haaqa məkhkəməsinə verir. Biz bundan istifadə etməliyik. Amma çox təəsüf ki, həmişəki kimi beynəlxalq birlik yenə də ölkəmizə qarşı ikili standartlardan istifadə edir. Belə hallara son qoyulmalıdır».
Bundan əlavə Fərid Şahbazlı Ermənistanla sülh danışıqları aparğamın da mənasızlığını ifadə etdi: «Ortada anlaşılmaz situatsiya yaranıb. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu açıq etiraf edirlər, Belə olan halda onlar niyə bizi Ermənistanla sülh danışıqlarına məcbur edirlər. «Gənc Liderlər» prezident İlham Əliyevin son sərt bəyanatlarını dəstəkləyir».
Daha sonra çııxış edən QAT Gənclər Təşkilatının sədri Araz Turan, Bakı Məktəbliləri Parlamentinin sədri Tural Əliyev də ermənilərin vəhşiliklərinə dair konkret misallar çəkərək, erməni rəhbərlərinin cəzalandırılmasını vacib saydılar.
Sonda tədbir iştirakçıların Xocalı faciəsi zamanı işgəncələrə məruz qalmız uşaqlar haqda tükürpədici faktlarla dolu məlumatlar təqdim olundu. Xatırladaq ki, toplantını ANS, İctimai TV və «Xalq Cəbhəsi», «Bizim söz» interten qəzeti və bir neçə informasiya agentliyi işıqlandırdı.
Emin/"Bizim söz"

