Terrorçuların yeni siyahısında tanınmış ABŞ siyasətçilərinin adı da var
ABŞ terrorçuların yeni siyahısını tərtib edib. Siyahıda terror şübhəlisi qismində 1 milyondan çox adamın adı yer alıb.
ABŞ-ın Terrorla Mübarizə Mərkəzinin məlumat bankında 2007-ci ilin Sentyabr ayında 700 mindən çox terrorçunun adı olduğu halda, bu ədədin ayda orta hesabla 20 min artdığı barədə məlumatlar var. Terrorla Mübarizə Mərkəzinin məlumatında deyilir ki, Son artımlarla birlikdə, siyahıda bu an 1 milyondan çox ad var.
Maraqlıdır ki, terrorçuların siyahısında İraqın keçmiş lideri Səddam Hüseyin kimi edam edilmiş siyasətçilərlə birgə, Amerikalı Demokrat senator Edvard Kennedi, 1960-cı illərin insan haqları lideri Cohn Levis və sonradan Müsəlman olan Yusuf İslam (Kat Stewens) kimiləri adları var. Nobel mükafatlı köhnə Cənub Afrika lideri Nelson Mandelanın adı isə yaxın keçmişdə siyahıdan çıxarılıb.
ABŞ rəhbərliyi məlum siyahının terrorla mübarizədə əhəmiyyətli məlumat bazası olduğunu deyib.
Emin/ "Bizim söz"

