Reklam verin!

TANINMIŞLAR HANSI DAK-LA ƏMƏKDAŞLIQ EDƏCƏK?

İctimai xadimlər «Bizim söz»ə mövqelərini açıqladılar

Məlum olduğu kimi artıq millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-la yanaşı, Qulamrza Səbri Təbrizinin sədrlik etdiyi DAK-da qurultayını keçirib. Hər iki qurum özünü legitim hesab edərək, artıq fəaliyyətə başladıqlarını elan ediblər.

Bu qurum ətrafında gedən proseslərin ciddiliyini nəzərə alaraq «Bizim söz» İnternet Qəzeti ölkənin tanınmış ictimai xadimləri arasında sorğu keçirib.

Millət vəkili, hakimiyyətyönümlü AVP-nin sədri Fəzail Ağamalı, Kulturoloqlar Qurumunun sədri Aydın Xan və QAT sədri Akif Nağı qəzetimizin «Hansı DAK-la əməkdaşlıq edəcəksiniz?» sualına cavab veriblər. Onu da qeyd edək ki,  qəzetimiz həftə ərzində bu mövzuda sorğularını davam edirəcək.


Fəzail Ağamalı: «Biz çox istərdik ki, hər iki qurultay keçirən DAK-lar birləşsin və birgə fəaliyyət göstərsin. Belə olan halda biz onların hansı ilə ilə əməkdaşlıq etmək sualı ilə üz-üzə qalmazdıq. Hazırda DAK-la əməkdaşlığımız fəal deyil. Amma bu günə kimi AVP Sabir Rüstəmxanlının sədr olduğu DAK-la əməkdaşlıq edib».

Aydın Xan: «Əslində biz istəməzdik ki, qarşısına dünya azərbaycanlılarının problemlərini həll etmək məqsədi qoyan DAK-da parçalanma olsun. Bu qəbul edilməzdir. Amma Kulturoloqlar Qurumu olaraq biz əvvələr Qulamrzə Səbri Təbrizinin rəhbərlik etdiyi DAK-la əməkdaşlıq etmişik. Amma son zamanlar bu əməkdaşlıq Sabir bəyin sədrlik etdiyi DAK-la daha çox olub. Bütün proseslər göstərir ki, Rüstəmxanlının rəhbərlik etdiyi DAK- daha legitimdir. Ona görə də biz bu qurumlar əməkdaşlığa üstünlük verəcəyik».

Akif Nağı: «QAT olaraq bizim 2002-2003-cü illərdə  DAK-la çox sıx və səmərəli əməkdaşlığımız olub. Ammaindiki halda DAK çox gücsüz görünür. Daxili intiraqalar və qısqanclıq bu qurumu öz işinə görməyə qoymur. DAK-ın parçalanması isə ümumiyyəitlə çox təəssüf doğurur. Məni dəfələrlə Həm S.Rüstəmxanlının, həm də Təbrizinin rəhbərlik etdiyi DAK-ın qurultaylarına dəvət ediblər. Amma getməmişəm ki, tərəflər inciməsin. Belə olan halda biz DAK-la əməkdaşlığa lüzüm görmürük və hesab edirik ki, ciddi heç nə alınmayacaq».

Emin/ «Bizim söz»

Yazının açar sözləri: Baxış sayı: 103


1

Hesab edirəm ki, DAK-ların umumi gücü, güclü ziyali təbəqəsi, şəxsiyyətl iş adamlarıi, və diaspor işində təcrubəsi olan insanların əli ilə, birliyə, eləcədə zəngin təbligat kampaniyalari proqramları cərcivəsində ugurlu nəticələr əldə edə bilər. Eyər daxildə karyera və pul ugrunda mübarizə getməsə, millətimizin icində olan saf insanlarda , az bir müddət ərzində millət və dovlət ücün xeyli iş görə bilər.

İyun 23, 2008 14:26

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha