Hər şeyə qadağa qoymağı bacaran MTRŞ sədri niyə efirdən açıq təhdid və təhqir yağdıran müğənnilərin təbliği ilə bağlı müvafiq qaydalar müəyyənləşdirmir?
Son aylar efir məkanının ən bahalı saatlarını zəbt etmiş şou proqramlardakı bir sıra süjetlər bütün ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Xüsusilədə bir neçə müğənninin həmkarlarına qarşı efirdən açıq təhdid və təhqirlə çıxış etməsi TV-lərdə çox mənfi tendensiyanın əsasını qoymağa başlayıb.
Belə ki, son günlərin gündəmini zəbt etmiş produsser Toliklə Xuraman Şuşalı arasındakı qarşıdurma, birincinin müğənnini döyməsini açıqca bəyan edib, Şuşalının ünvanına əxlaqsız sözlər deməsi hamınızın xatirindədir. Bundan başqa müğənni Röyanın «Space» bazarın efirindən onun haqqında danışmış həmkarına «…Üstündən qarışqa kimi keçərəm…» kimi təhdidlər yağdırması təbii ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Artıq şou proqramların müğənnilərin girovuna çevrilib, onların təhdid dolu fikirlərinin, əxlaqsız geyim və çıxışlarının təbliğatçısı olduğu hər kəsə bəllidir. Bütün Azərbaycan ailələrinin, yeniyetmə və gənclərin tərbiyəsinə birbaşa mənfi təmir göstərən bu verilişlər artıq hər kəsi bezdirib. Təsadüfi deyil ki, bu əxlaqsız müğənnilərin sürətli təbliğatı nəticəsində indi hər 10 yeniyetmənin yarısı müğənni olmaq arzusu ilə yaşayır.
Belə məqamda MTRŞ-nın fəaliyyəti nəzərə çarpmır. Hər şeyə qadağa qoymağı bacaran MTRŞ sədri niyə efirdən açıq təhdid və təhqir yağdıran müğənnilərin təbliği ilə bağlı müvafiq qaydalar müəyyənləşdirmir?- sualı indi hər kəsi narahat edir.
«Bizim söz»ə daxil olan xəbərə görə, həm MTRŞ-nın şou-biznes nümayəndələrinin bu cür çıxışlarına qadağa qoya bilməməsinin səbəbi yuxarı dairlərin buna maneə olmasıdır.
Bununla yanaşı Milli Məclisin Mədəniyyət Komissiyasının da «Şou-biznes» haqqında qanunu uzun müddətdir ki, qəbul edə bilməməsi çoxlu suallar doğurur. Amma bizim bu sualları cavablandırmaq fikrimiz yoxdu-çünki əlaqədar orqanların rəsmilərinin reaksiyalarını gözləyirik. Sadəcə yazını Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Nizami Cəfərovun mətbuata verdiyi müsahibəsindəki bir sitatla bitirirəm: «Hamı «şou-biznes» haqqında qanunun qəbul olunmasını vacib sayır. Amma iş qəbulə gələndə deputatlar kənara çəkilir…».
Fərid Şahbazlı

vaqif.asadov.d.y.p
İyul 12, 2008 20:55