ÖLÜMƏ QAÇDILAR…

Yazar: bizimsoz @ İyul 15, 2008 13:29

Almaniyada təşkil edilən marafona qatılan 600 atletdən ikisi vəfat edib

Almaniyanın ən yüksək nöqtəsi olan 2 min 800 metr yüksəklikdəki Sugspitz Dağına marafon ölümlə nəticələnib. 16 kilometrlik marafona 600 adam qatılıb. Yarışmaçılardan ikisi finala qısa bir məsafə qalarkən, oksigen çatışmamazlığı və donma səbəbindən yoluna davam edə bilməyərək, yerə yıxılıb. Sərt hava şəraiti üzündən vertolyotlar yardıma gələ bilmədiyi üçün, 41 və 45 yaşlı idmançılar vəvat edib. Tənəffüs problemi çəkən altı idmançı isə xəstəxanaya aparılıb.

Davamı...

Azərbaycan sivilizasiyaların qovuşağında» mövzusunda konfrans öz işinə başlayıb

Yazar: bizimsoz @ İyul 15, 2008 12:18

Rusiyanın «Azərbaycanlı gənc» təşkilatının təşəbbüsü ilə bu gün Bakıda «Azərbaycan sivilizasiyaların qovuşağında» mövzusunda konfrans öz işinə başlayıb. Heydər Əliyev Fondunun Rusiya üzrə rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın məqsədi Azərbaycan və Rusiya arasnda əlaqələri genişləndirmək və möhkəmləndirmək, iki ölkənin gənclərinin bir-birinə yaxınlaşdırmaq, tələblər arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.

Davamı...

"GƏNC LİDERLƏR" SABAH TƏDBİR TƏŞKİL EDƏCƏK

Yazar: bizimsoz @ İyul 15, 2008 11:59

«Gənc Liderlər» Uşaq Təşkilatı Qarabağ Azadlıq Təşkilatı ilə birgə İyulun 16-da(sabah) QAT-ın ofisində  «Erməni terroru: Gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa təşkil edəcək. Saat 12.00-də başlayacaq toplantıda ermənilərin Azərbaycana qarşı hücumları zamanı ölkəmizin genefonduna vurulan zərbənin fəsadları, bu işdə Robert Köçəryanın cinayət əməlləri və beynəlxalq təşkilatların belə hallara göz yumması qətiyyətlə pisləniləcək! Dəyirmi masada bir sıra tanınmış ziyalılar, QAT və GLUT rəhbərliyi iştirak edəcək.

Davamı...

MÜXALİFƏTİN BOYKOT OYUNU BAŞ TUTMAYACAQ

Yazar: bizimsoz @ İyul 15, 2008 11:05

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırıb

Avropa Şurası Azərbaycan müxalifətini prezident seçkilərində iştiraka çağırıb. “Bütün dünyada siyasi oyun qaydaları var, hər bir siyasi qüvvə seçki prosesində mütləq iştirak etməlidir”, çərşənbə axşamı Bakıda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio jurnalistlərə bildirib.

Davamı...

Şou-bizesdə SPİD-dən əziyyət çəkən müğənni kimdir?

Yazar: bizimsoz @ İyul 15, 2008 10:24

Xarici ölkələrdə müalicə olunan həmin ifaçı, ümidini hər yerdən üzüb

Dünya şou-biznesindən fərqli olaraq, Azərbaycanda bu sistem tam formalaşmayıb. Kobud desək, bizimkilər dünya şou-biznesində baş verənləri kobud formada təqlid edirlər.

Qalmaqal yaradır, intim həyatları ilə gündəmə gəlir, efirlərdə saçyolduya çıxırlar. Müğənnilərimiz sevgililərinin sayına görə Paris Hilton kimi milyonçu gözəlçəni və onun rəfiqəsi, əxlaqsızlığı ucbatından uşaqları əlindən alınan müğənni Britni Spirsi belə kölgədə qoyublar. Hər bir işdə naşılıq nümayiş etdirən bizimkilər, əksər hallarda ictimai yerlərdə sevişdiyi adamlarla görünməkdən çəkinmirlər. Bu gün biri, sabah isə digəri ilə əylənən yerli şou-biznes nümayəndələri qətiyyən abır-həya gözləmirlər.

Davamı...

HAKAN ŞÜKÜR ABDULLAH GÜLLƏ GÖRÜŞDÜ

Yazar: bizimsoz @ İyul 15, 2008 10:18

Ulduz futbolçu federasiya prezidentimi olacaq?

Türkiyənin ulduz futbolçusu Hakan Şükür Çankaya köşkündə prezident Abdullah Güllə görüşüb. 1 saat davam edən görüş barəsində mətbuata açıqlamasında Hakan Şükür bunları deyib: «'Çempionluqdan  sonra Hörmətli Abdullah Gül, məni zəng edərək, təbrik etmişdi. Ankaraya gəldiyim zaman isə görüşmək niyyətini açıqlamışdı. Mən də buna görə bu gün prezidentlə görüşə gəldim. Bundan sonrakı fəaliyyətimlə bağlı Güllə ətraflı söhbət etdik».

Davamı...

MÜXALİFƏT HAKİMİYYƏTƏ GƏLƏRSƏ…

Yazar: bizimsoz @ İyul 15, 2008 9:23

Mövcud iqtidardan kimlərə vəzifə təklif edər?

Müxalifətin «kölgə kabineti» formalaşdırması və hakimiyyətə gələrsə mövcud iqtidardan bu kabinetin tərkibində bir neçə məmurun olduğu barədə məlumatlar daima mətbuatın gündəmində olub. «Əgər müxalifət iqtidara gələrsə, hakimiyyətdən kimə vəzifə təklif edər» kimi sullar elə adi oxcunun da marağındadır.

Elə bu səbəbdəndir ki, «Bizim söz»  tanınmış müxalifət funksionerlərindən biri ilə söhbət edib, onun bu mövzu ilə ilə bağlı mövqeyini öyrənib. Müxalifətin adının çəkilməsini istəməyən tanınmış nümayəndəsi qəzetimizin əməkdaşına maraqlı isimlər deyib.

Davamı...

Bələdiyyə sədri şəhid ailəsindən nə istəyir?

Yazar: bizimsoz @ İyul 14, 2008 18:07

Aşağı Güzdəkdə şəhidin barelyefi adı verilən küçəyə vurulmur

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş şəhidin adının verildiyi küçəyə barelyefin vurulması indiyə qədər həyata keçirilməyib. Şəhidin atası Dostalı Məmmədovun verdiyi məlumata görə, bələdiyyə sədri Bəyağa Abbasov barelyefin küçəyə vurulması və küçənin abadlaşdırılmasına laqeyd münasibət bəsləyir: "Bəyağa Abbasov barelyefin vurulmasına yardımçı olmaq istəmir.

Davamı...

RƏQSANƏNİN YALANLARI AÇILIR

Yazar: bizimsoz @ İyul 14, 2008 17:54

Rəqsanənin üzərində əməliyyat aparan həkim danışdı

 “Müğənni Rəqsanə məhz bizim xəstəxanada, özü də yalnız bir qız övladı dünyaya gətirib. Uşaq qeysəriyyə kəsiyi əməliyyatı ilə olub”.

Bunu Lent.az-ın müxbirinə Hacı Qasımov adına 1 saylı Doğum Evi 6 saylı Qadın Məsləhətxanasının tibb bacıları deyiblər. Portalın əməkdaşı xəstəxanada olub və Rəqsanənin üzərində qeysəriyə kəsiyi əməliyyatını aparmış həkim Aygün Budaqova ilə görüşüb. 6 saylı Qadın Məsləhətxanasının müdiri olan A.Budaqova Rəqsanənin həqiqətən də hamiləlik dövründə bu xəstəxanada bir neçə dəfə məhz onun qəbulunda olduğunu açıqlayıb:

Davamı...

Milli Məclis siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdən keçirir

Yazar: bizimsoz @ İyul 14, 2008 17:35

Azərbaycan parlamenti siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsini nəzərdən keçirir.

«Parlament seçkilərində uğur qazanmış partiyaların büdcədən maliyyələşməsi mümkündür. Yeni «Siyasi partiyalar haqqında» qanun qəbul edilərkən, bu məsələyə kompleks şəkildə baxılacaq» bazar ertəsi Trend News-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Mirzəyev bildirib ki, dövlət büdcəsindən heç də bütün partiyalar maliyyələşə bilməz. Onun sözlərinə görə, Milli Məclisə keçirilən seçkilərdə müəyyən uğur qazanmış, yəni ölkə daxilində 4-5 faiz səs qazanan siyasi təşkilatlar ola bilsin ki, dövlət büdcəsindən maliyyələşsin. «Bütün dünyada seçkilərdə uğur qazanan partiyalar büdcədən maliyyələşir» Mirzəyev bildirib.

Davamı...
  Yazılar cəmi: 227    Sonrakı səhifə »